Qətərdə keçirilən DÇ-2022-nin daha bir qrupunda mübarizəyə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, mundialın 11-ci gününün ilk iki oyunu D qrupunda baş tutub.
Son dünya çempionu Fransa Tunislə qarşılaşıb. 1/8 finala vəsiqəni təmin edən Didye Deşamın yetirmələri bu qarşılaşmada da favorit idi. Qrupdan çıxmaq üçün yalnız nəzəri şanslara malik afrikalılar isə arzularını reallaşdıra bilməyiblər. Tunis yığması qələbəyə baxmayaraq qrupda qalıb.
Buna səbəb qrupun digər oyununda Avstraliya millisinin Danimarkanı məğlub etməsidir. "Yaşıl qitə" təmsilçisi Fransanın ardından qrup ikincisi 1/8 finala yüksəlib.
Qeyd edək ki, bu gün C qrupunda da III turun matçları keçiriləcək.
DÇ-2022, qrup mərhələsi
D qrupu
III tur, 30 noyabr
19:00. Tunis – Fransa - 1:0
Qol: Vahbi Xazri, 58
19:00. Avstraliya – Danimarka - 1:0
Qol: Metyu Leki, 60
|
1 |
Fransa |
3 |
2 |
0 |
1 |
6-3 |
6 |
|
2 |
Avstraliya |
3 |
2 |
0 |
1 |
3-4 |
6 |
|
3 |
Tunis |
3 |
1 |
1 |
1 |
1-1 |
4 |
|
4 |
Danimarka |
3 |
0 |
1 |
2 |
1-3 |
1 |
- İki cüdoçumuz Avropa çempionatında finala yüksəlib
- Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
- "Sabah" və "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibləri bəlli olub - YENİLƏNİB
- "Basketbolda elə olur ki, oyun sadəcə alınmır" - Tahir Baxşıyev
- "Qəbələ"nin 3 futbolçusu autsayderə qarşı oynamayacaq