Makron: "Mavilər"ə azarkeşlik edəcəyik!"
14.12.2022 - 22:50
Fransa prezidenti Emanuel Makron futbol üzrə dünya çempionatının yarımfinalında Mərakeşlə oyun öncəsi milli komandasına dəstək olub.
Apasport.az xəbər verir ki, Qətərə bu münasibətlə səfər etmiş Fransa başçısı bu barədə sosial şəbəkədə yazıb:
“Biz hamımız "mavilər"in qələbəsinə azarkeşlik edəcəyik! Heç vaxt unutmayın ki, idman bizi, ilk növbədə, xalqlarımız arasında hörmət və dostluqda birləşdirir”.
Qeyd edək ki, Fransa bu gün Bakı vaxtı ilə saat 23:00-da Mərakeşlə qarşılaşacaq.
- Azərbaycan millisinin Avropa çempionluğu münasibətilə konset keçirildi - FOTOLENT
- Çempionlar Liqasında yarımfinal cütlükləri bəlli olub: Erkən final
- Güc idman növləri üzrə Azərbaycan kuboku start götürdü
- Cüdo üzrə Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək
- Emrelinin seriyası qırıldı
0
0