Diabiyə Premyer Liqadan müştəri
21.11.2022 - 23:39

“Bayer”in futbolçusu Mussa Diabi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hücumçu “Arsenal”ın hədəfinə düşüb.
“Topçular” 23 yaşlı forvardı qış transfer pəncərəsində heyətinə qatmaq istəyir. Londonlular Diabinin əvəzinə müdafiəçi Sedrik Soareşi də verməyə razıdır.
Qeyd edək ki, fransalı hücumçu mövsümün 22 matçında 8 qol və 4 assistə imza atıb.
- “Beşiktaş”dan iki qərar
- Millimizin baş məşqçisi: “Tarixi bir gün idi”
- Fabian Ramos: “Neftçi”nin “Qarabağ”la cavab görüşündə geridönüş etməsi mümkünsüzdür"
- “Sabah”ın U-10 komandası İspaniyada beynəlxalq turnirə qatılacaq
- Stolüstü tennisçilərimiz Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər
0
0