"Milan" İtaliya Kuboku ilə vidalaşdı - VİDEO
12.01.2023 - 02:55
"Milan" İtaliya Kuboku ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, son İtaliya çempionu ölkə kubokunun 1/8 finalında öz meydanında "Torino"ya uduzub.
Turin təmsilçisi 70-ci dəqiqədən etibarən azlıqda qalsa da, 114-cü dəqiqədə qələbə qolunu vurmağı bacarıb. Beləliklə, "Torino" "Milan"ı 1:0 məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, "Torino"nun rəqibi bu gün keçiriləcək "Fiorentina" – "Sampdorya" oyunun qalibi olacaq.
- Milli Olimpiya Komitəsində federasiya nümayəndələri üçün seminar keçirilib
- Arif Əsədov: "7:0 hesabı ilə uduzmaq acınacaqlı məğlubiyyətdir"
- Əliyar Ağayevin təyin olunduğu matç qəzaya görə təxirə salındı
- UFC Bakı Gecəsinin ulduzu Camal Hill artıq paytaxtdadır!
- Taekvondoçumuz Türkiyədə gümüş medal qazanıb
0
0