Millimizin rəqibi bəlli oldu
08.10.2024 - 23:29
![Millimizin rəqibi bəlli oldu](https://apasport.az/storage/news/2024/october/08/big/670588290e654670588290e6551728415785670588290e652670588290e653.jpeg)
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsinin pley-offundakı rəqibi bəlli olub.
Apasport.az xəbər verir ki, millimiz 1/8 finalda Portuqaliya ilə qarşılaşacaq.
Komandamız qrup mərhələsini 2 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə başa vurub. Portuqliya isə qrupda keçirdiyi hər 3 oyunu maksimum nəticə ilə başa vurub. Yığmalar arasında oyun sabah 18:45-də start götürəcək.
Qeyd edək ki, dünya çempionatının final mərhələsinə Avropa zonasından 4 yığma vəsiqə qazanacaq.
0
0