Okan Buruk: “Çox gözəl bir gecə yaşadıq və yaşatdıq”
18.02.2026 - 01:23
Okan Buruk: “Çox gözəl bir gecə yaşadıq və yaşatdıq”

“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində evdə “Yuventus”u 5:2 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar”ın baş məşqçisi Okan Buruk oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib.

Türkiyəli mütəxəssis komandanın tarixi bir gecə yaşadığını bildirib:

“İnanılmaz dərəcədə xoşbəxtik. Amma ayaqlarımızı yerə möhkəm basmalıyıq. Vacib bir qələbə qazandıq. Çox gözəl bir gecə yaşadıq və yaşatdıq. Bu, oyunçular üçün də, mənim üçün də, “Qalatasaray” üçün də çox önəmli bir gecə idi. Bunu daha da dəyərli etmək üçün cavab oyununda da eyni səviyyədə çıxış etməliyik. İlk hissədə 2-1 hesabı ilə geri düşdük, amma ikinci hissədə 5-2 hesabı ilə qalib gəldik. Futbolda hər şey mümkündür. Sevincimizi cavab matçından sonra yaşamalıyıq. Hazırda komandada özünə inam və xoşbəxtlik var. Çətin təqvimimiz olsa da, ən böyük üstünlüklərimizdən biri heyətimizin genişliyidir. Bu gün qələbə qazanmağımızda heyətin dərinliyi mühüm rol oynadı".