
“Argentinalı hakimin bizim oyunumuzu idarə etməsi qəbuledilməzdir. Mən demirəm ki, o, bura hazır gəlib... Amma ikinci hissədə nə oynadıq ki? Neçə dəqiqə əlavə etdi?"
Apasport.az xəbər verir ki, bunu Portuqaliya millisinin mərkəz müdafiəçisi Pepe deyib.
Əslən Braziliyadan olan futbolçu dünya çempionatının 1/4 finalının Mərakeşlə matçında argentinalı hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib. O, Argentinanın dünya çempionu "ediləcəyinə" işarə verib:
"Bu gün meydanda olan 5 hakim argentinalılar idi... Daha nə deyim, kimin qalib gələcəyini sonda görəcəyik. Biz futbol oynayan yeganə komanda idik. Məyusuq. Dünya kubokunu qazanmaq üçün yaxşı keyfiyyətlərə malik idik. Məyusluqla ayrılıram, çünki dünya çempionu olmaq imkanımız var idi".
Qeyd edək ki, matçı argentinalı Fakundo Telyo idarə edib.
- “Sumqayıt” Braqadan cavab gözləyir
- “Hakken”in kapitanı: ““Qarabağ”a qarşı yüksək əzimlə mübarizə aparacağıq”
- İdmançılarımız Paris-2024-ün açılışında yallı rəqsi oynadılar - VİDEO
- “Neftçi”nin “Zirə” və "Qarabağ"la oyunlarının vaxtı açıqlandı
- I Liqa: “İmişli”dən qələbə, MOİK-dən bərabərlik - YENİLƏNİR