PSJ səfərdən qələbə ilə qayıdır - YENİLƏNİB
30.04.2025 - 00:55

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Fransa nəhəngi PSJ İngiltərədə “Arsenal”ın qonağı olub.
Görüşdə hesab erkən açılıb. 4-cü dəqiqədə Osman Dembele fərqlənib. Bu, matçda yeganə qol olub.
UEFA Çempionlar Liqası
Yarımfinal
29 aprel
23:00. “Arsenal” (İngiltərə) - PSJ (Fransa) 0:1
Qol: O. Dembele, 4
0
0