Qadınlar arasında Çempionlar Liqasının finalçıları bəlli oldu
29.04.2024 - 11:26
![Qadınlar arasında Çempionlar Liqasının finalçıları bəlli oldu](https://apasport.az/storage/news/2024/april/29/big/662f4801bc569662f4801bc56a1714374657662f4801bc567662f4801bc568.jpg)
Qadın futbolu üzrə Avropanın bir nömrəli kubokunun yarımfinalının cavab oyununda Fransa təmsilçiləri PSJ və “Olimpik Lion” “Park des Princes”də üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, qadın futbolu üzrə Avropanın bir nömrəli kubokunun yarımfinalında PSJ-ni 2:1 hesabı ilə məğlub edən "Lion" finala yüksəlib. Fransa klubu İspaniyanın "Barselona" komandasının rəqibi olub .
“Barselona” və “Lion” komandaları arasında final oyunu mayın 25-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.
0
0