Qadınlar arasında dünya çempionatı Braziliyada keçiriləcək
17.05.2024 - 11:15
2027-ci ildə futbol üzrə qadınlar arasında dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.
Apasport.az xəbər verir ki, turnir Braziliyada təşkil olunacaq.
Qərar FIFA-nın Tailandın paytaxtı Banqkokda keçirilən 74-cü Konqresində qəbul olunub.
Belçika, Niderland və Almaniya da yarışa birlikdə ev sahibliyi etmək istəyirdi. Meksika və ABŞ isə aprelin sonunda birgə ərizələrini geri götürüblər.
Qeyd edək ki, 2023-cü ildə Yeni Zelandiyada keçirilən dünya çempionatında İspaniya millisi qızıl medal qazanıb.
- "Qarabağ"ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
- “Real” Benzemanın alternativini DÇ-2022-də axtaracaq
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Türkiyə millisi azarkeş sayına görə AVRO-2024-də liderdir - Siyahı
- Makqreqor UFC döyüşünün vaxtını açıqladı – “Son rəqs” 2027-ci ildə
0
0