“Qarabağ”ın avrokubok matçı bir dəqiqəlik sükutla başlayacaq
05.11.2024 - 09:57
![“Qarabağ”ın avrokubok matçı bir dəqiqəlik sükutla başlayacaq](https://apasport.az/storage/news/2024/november/05/big/6729b397481d76729b397481d817307861996729b397481d56729b397481d6.jpg)
Avrokuboklarda bu həftə baş tutacaq oyunlar bir dəqiqəlik sükutla başlayacaq.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Sükuta səbəb İspaniyada baş verən daşqınlar nəticəsində həyatını itirənlərin ruhunun anılmasıdır.
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin IV turunda noyabrın 7-də Norveçdə “Bodo-Qlimt”lə qarşılaşacaq.
İspaniyada baş verən təbii fəlakət nəticəsində 200-dən çox insan ölüb.
0
0