UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Levski” (Bolqarıstan) matçına satılan biletlərin sayı bəlli olub.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bakıda keçiriləcək cavab oyununa 6000 bilet satılıb. "Bank Respublika Arena" baş tutacaq görüşün biletlərinin qiyməti müvafiq olaraq 2, 4, 5 manat təşkil edir. Azarkeşlər biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin stadionun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, “Sabah” – “Levski” görüşü bu gün saat 20:00-da start götürəcək. İlk oyunda Boqlarıstan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
- “Mançester Yunayted”in acınacaqlı halı - “qızıl top” üçün əzəli rəqibdən xahiş ediblər
- “Qarabağ” postsovet məkanı klubları arasında liderdir
- Turan Daşdəmirov dünya çempionatının finalında
- “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib
- Rəşad Sadıqov: “Qırmızı vərəqə epizoduna baxmamışam” - MÜSAHİBƏ