Superkubok matçı İtaliyada keçiriləcək
16.12.2024 - 19:50
![Superkubok matçı İtaliyada keçiriləcək](https://apasport.az/storage/news/2024/december/16/big/67604c7fc701f67604c7fc7020173436428767604c7fc701567604c7fc701e.jpeg)
2025-ci ildə keçiriləcək UEFA Superkubokunun yeri açıqlanıb.
Apasport.az xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti paylaşıb.
Bildirilib ki, matç İtaliyanın Udine şəhərində təşkil olunacaq. Görüş "Udineze”nin ev oyunlarını keçirdiyi "Friuli" stadionunda baş tutacaq. Arenanın tutumu 25,144 nəfərdir.
Qeyd edək ki, qarşılaşma 2025-ci il avqustun 13-də keçiriləcək.
0
0