Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri Qazaxıstan və Belarus III turda üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Yeqor Titov C liqasının 3-cü qrupunun matçına proqnoz verib.
Rusiya yığmasının və “Spartak”ın sabiq kapitanı Yeqor Titov bu qarşılaşmada favorit görmür:
Qazaxıstan Millətlər Liqasına çox yaxşı başlayıb. Komanda ardıcıl iki qələbə ilə qrupun turnir cədvəlinə başçılıq edir. Əvvəl evdə Azərbaycanı uddular, ardınca sensasiyaya imza ataraq səfərdə Slovakiyanı 1:0 hesabı ilə yendilər. Bunu heç kim gözləmirdi. İki oyunda bir top da buraxmayıblar.
İndi AVRO-2024-ə Millətlər Liqası ilə vəsiqə uğrunda mübarizə aparmaq üçün real şans var. Lakin hələ çox iş görülməlidir. Amma Millətlər Liqasından yol daha qısa ola bilər, nəinki seçmə mərhələ.
Belaruslular neytral meydanda oynayırlar. Slovaklara minimal hesabla uduzdular, Azərbaycanla xalları böldülər. Amma hələ qol vura bilmirlər. Güclü heyət toplamaq mümkün olmayıb, ifaçılar çatışmır. Düşünürəm ki, Belarus rəqibin nəticələrinə baxmayaraq qazaxlardan qorxmur. Bir sözlə, belaruslar psixoloji baxımdan özlərini rahat hiss edə bilər.
Qazaxıstan isə iki qələbədən sonra özü özündən qorxuya düşərək ehtiyatlı oynayacaq. Onlar üçün heç-heçə də yaxşı nəticə olacaq. Çünki lider kimi qalacaqlar.
Ona görə də risk edərək bu qarşılaşmada heç-heçəyə mərc gəlirəm. Qazaxıstan yaxşı müdafiə olunur. Belarusun hücumunda nə isə alınmır. Hətta 0:0 hesabı da ola bilər.
Proqnozum: X
- Zaa qərarı
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Azərbaycan yığması Avropa Oyunlarına yola düşdü - FOTO
- Rəşad Sadıqov: "Əlimizdə kifayət qədər yaxşı futbolçular var"