Türkiyə millisi İrəvanda ermənilərə qalib gəldi
25.03.2023 - 22:59
![Türkiyə millisi İrəvanda ermənilərə qalib gəldi](https://apasport.az/storage/news/2023/march/25/big/641f473ebf8be641f473ebf8bf1679771454641f473ebf8bc641f473ebf8bd.jpg)
AVRO-2024-ün seçmə mərhələsində I turun növbəti matçları oynanılıb.
Apasport.az xəbər verir ki, D qrupunda Türkiyə yığması səfərdə Ermənistan üzərində əzmkar qələbə qazanıb – 2:1. Hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. "Ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak avtoqol müəllifi olub.
Lakin 35-ci dəqiqədə qardaşı Azərbaycan millisində çıxış edən Orkun Kökçü uzaq məsafədən baxımlı zərbə ilə tarazlığı bərpa edib. Türkiyə yığmasının qələbə qolunu isə 64-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub.
0
0