Yığmamız Avropa çempionatında 3-cü yeri tutub
14.09.2025 - 15:08
Yığmamız Avropa çempionatında 3-cü yeri tutub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) bürünc medalını qazanıb.

Apasport.az xəbər verir ki, B Liqasında yer alan millimiz 3-cü yer uğrunda oyunda Qazaxıstan yığmasını 7:1 hesabı ilə məğlub edib.

Komandamızın heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Bayram Bayramlı, Sahib Məmmədov, Orxan Məmmədov, Ramil Əliyev və Comərd Baxşəliyev vurublar.