Azərbaycan boksçuları Rusiyadakı turniri 4 medalla başa vurublar
05.07.2024 - 16:20
![Azərbaycan boksçuları Rusiyadakı turniri 4 medalla başa vurublar](https://apasport.az/storage/news/2024/july/05/big/6687e4fd0c3636687e4fd0c36417201820136687e4fd0c3616687e4fd0c362.jpeg)
Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb.
Apasport.az xəbər verir ki, milli komandamız turniri 4 medalla başa vurub.
Yarışın son günündə Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib.
Ondan əvvəl isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar.
0
0