Azərbaycan milli komandası EYOF-a möhtəşəm start verib
22.07.2025 - 23:23
Azərbaycan milli komandası  EYOF-a möhtəşəm start verib

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarına Azərbaycan milli komandası möhtəşəm start verib. 

Apasport.az xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan hər 3 cüdoçumuz çempionluq sevinci yaşayıb.

Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 

Beləliklə, aktivində 3 qızıl medal olan yığmamız medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.