Azərbaycanın 3 cüdoçusu finala yüksəlib
05.09.2024 - 16:26
![Azərbaycanın 3 cüdoçusu finala yüksəlib](https://apasport.az/storage/news/2024/september/05/big/66d9a39f26e8266d9a39f26e83172553923166d9a39f26e8066d9a39f26e81.jpg)
Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ilk yarış günündə 3 cüdoçumuz finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Nizami İmranov (60 kq), Könül Əliyeva (52 kq) və Fidan Əlizadə adını finala yazdırıb.
Final görüşləri Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.
0
0