Bakıda cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
26.08.2025 - 09:53
Avqust 30-31-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 94 klub və idman cəmiyyətindən olan 743 cüdoçu (594 oğlan, 149 qız) mübarizə aparacaq.
Qaliblər 16 çəki dərəcəsində bəlli olacaq. Yarış Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək.
Qeyd edək ki, cari ildə U-17 Liqa yarışında dörd turun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.
- “Sabah”ın avrokubok matçlarının təyinatları bəlli oldu
- AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
- "Mançester Yunayted"in 9 oyunluq qələbə seriyası Londonda qırıldı
- "Bayer"in aparıcı futbolçusu "Mançester Yunayted" yolunda
- "Qarabağ" "Flamenqo"nun təklifini rədd etdi - Juninyo transferində son dəqiqə
0
0