Bratislavada növbəti qızıl medal
04.09.2025 - 19:26
Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi növbəti medalını qazanıb.
66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev finala yüksəlib. O, həlledici dueldə Fransa təmsilçisi Aleksis Renara ipponla qalib gələrək qızıl medal əldə edib.
Qeyd edək ki, az öncə Azərbaycan yığmasının digər üzvü Nihad Məmişov da turnirin çempionu olub.
- "Roma"da çıxış edən türkiyəli futbolçu "Yuventus"a keçə bilər
- Azər Bağırov: "DAK Dunayska Streda" "Şerif"dən zəif komanda deyil" - Müsahibə
- İranda idman tədbirləri ləğv edilib
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- “Neftçi”də 4 itki - ”ZİRƏ” ilə matçda iştirak edə bilməyəcəklər
0
0