Cüdoçularımız Avropa Kuboku turnirində iştirak edəcək
18.04.2024 - 23:00
![Cüdoçularımız Avropa Kuboku turnirində iştirak edəcək](https://apasport.az/storage/news/2024/april/18/big/662162bab1c81662162bab1c821713463994662162bab1c7f662162bab1c80.jpg)
Gənc cüdoçulardan ibarət Azərbaycan millisi İtaliyanın Liqnano şəhərində Avropa Kuboku turnirində iştirak edəcək.
Apasport.az xəbər verir ki, mayın 20-dən 21-dək davam edəcək yarışa 29 ölkədən 496 idmançı qatılacaq.
Yığmamız birincilikdə oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Komandamıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.
0
0