Hidayət Heydərov Budapeştdə tatamiyə çıxmayacaq - SƏBƏB
12.09.2026 - 13:29
Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı məşq zamanı zədə alıb.
Bu səbəbdən Heydərov Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda tatamiyə çıxa bilməyəcək.
Qeyd edək ki, Hidayət Heydərovun 1/32 finalda ilk rəqibi yerli cüdoçu Benedek Tot olmalı idi.
0
0