Məhəmməd Ağakişiyev erməni rəqibinə ipponla qalib gəlib
24.07.2025 - 15:39
Məhəmməd Ağakişiyev erməni rəqibinə ipponla qalib gəlib

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kiloqram) XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb.

Apasport.az xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan idmançı Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kiloqram) də 1/4 finala vəsiqə əldə edib.