Millimiz İspaniyaya yollanır
28.06.2024 - 16:22
![Millimiz İspaniyaya yollanır](https://apasport.az/storage/news/2024/june/28/big/667ea4f45db28667ea4f45db291719575796667ea4f45db26667ea4f45db27.jpg)
Cüdo üzrə Azərbaycan yığması İspaniyaya yollanır.
Apasport.az xəbər verir ki, iyulun 2-də Benidorm şəhərində Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə təlim-məşq toplanışı start götürəcək.
Hazırlıq prosesində təkcə Avropa deyil, Asiya və Amerika qitəsindən də yığmaların da iştirakı gözlənilir. Hazırlığın özəlliyi Olimpiada öncəsi sonuncu beynəlxalq toplanış olmasıdır. Benidormdakı təlim-məşq toplanışı iyulun 6-dək davam edəcək.
Qeyd edək ki, cüdo millimiz bunadək Xorvatiyanın Poreç şəhərində hazırlıq keçib.
0
0