Altıqat olimpiya çempionu karyerasını bitirib
25.11.2024 - 15:16
![Altıqat olimpiya çempionu karyerasını bitirib](https://apasport.az/storage/news/2024/november/25/big/67445c05941a167445c05941a2173253325367445c059419f67445c05941a0.jpg)
Altıqat olimpiya çempionu, avstraliyalı üzgüçü Emma Makkeon peşəkar karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.
Qeyd edək ki, E.Makkeon karyerası ərzində olimpiadada 6 qızıl, 3 gümüş və 5 bürünc medalı əldə edib. 30 yaşlı idmançı həmçinin dünya çempionatlarında 5 qızıl medal qazanıb. Ümumilikdə 14 olimpiya medalı qazanan üzgüçü bu baxımdan Avstraliya idmançıları arasında rekorda sahibdir.
0
0