Böyük Britaniya qran-prisinin qalibi bəlli olub
06.07.2025 - 23:23

Formula 1-də Böyük Britaniya qran-prisinin qalibi Lando Norris olub.
Apasport.az xəbər verir ki, Silverstoun avtodromunda keçirilən yarışda “Maklaren”in britaniyalı pilotu bütün rəqiblərini ötüb.
İkinci yeri eyni komandanın avstraliyalı pilotu Oskar Piastri tutub. İlk “üçlüy”ü “Kick Zauber”dən Niko Halkenberq qapayıb.
Böyük Britaniya qran-prisinidə sıralama turunun qalibi “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen olmuşdu.
0
0