Luis Hamilton rekord qırıb
08.07.2024 - 11:00
![Luis Hamilton rekord qırıb](https://apasport.az/storage/news/2024/july/08/big/668b8e2d64515668b8e2d645161720421933668b8e2d64513668b8e2d64514.jpg)
“Formula 1” üzrə Dünya Çempionatında mövsümün 12-ci mərhələsi olan Böyük Britaniya Qran-prisi yekunlaşıb.
Apasport.az xəbər verir ki, Luis Hamilton Silverston zolağındakı damalı bayrağı ilk sırada keçərək 945 gün sonra yenidən podiumun zirvəsinə çıxmağı bacarıb.
39 yaşlı Hamilton Silverstondakı 9-cu qələbəsiylə tək zolaqda ən çox qələbə qazanan pilot rekordunu qırıb.
Qeyd edək ki, sezonun 13-cü yarışı Macarıstanda keçiriləcək.
0
0