Bu gün Antalyada keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyində gənclərin çıxışına yekun vurulub.
Apasport.az xəbər verir ki, yeniyetmə şpaqaçı qızlardan ibarət Azərbaycan millimisi yarışda 15-ci olub.
Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasovadan ibarət komandamız ilk görüşdə Finlandiya yığmasına 45:33 hesabı ilə qalib gəlib. Yığmamız 1/8 finalda Ukraynaya 23:45 hesabı ilə məğlub olub. Bundan sonra şpaqaçılarımız 9-16-cı yerlər uğrunda örüşlərdə qüvvəsini sınayıb. Təmsilçilərimiz Fransaya 37:45, İsveçrəyə isə 30:45 hesabları ilə uduzub.
Sonda komandamız 15-ci yer uğrunda görüşdə Litva yığmasını 45:32 hesabı ilə məğlub edib.
- Artim Şakiri: "Qarabağ" çox yaxşı futbol nümayiş etdirdi" - Müsahibə
- Elvin Yunuszadə: “Futbolda gərək şansın da olsun”
- UEFA Avropa çempionatının bombardiri ilə bağlı meyarları dəyişib
- Çelenc Kuboku: "Xilasedici" bu gün növbəti matçına çıxacaq
- AKF-nin prezidenti: "Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır"