İyulun 13-də Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib.
Apasport.az xəbər verir ki, İçərişəhərdə təşkil olunan yarışda 21 dövlət qurumundan 48 əməkdaş (40 kişi və 8 qadın) iştirak edib.
Yekun nəticələrə görə, qadınlar arasında Samirə Cəfərova, Sevda Əzizova (hər ikisi SOCAR) və Valeriya Konkina (Mədəniyyət Nazirliyi) fərqləniblər.
Kişilər arasında Emin Mustafayev (Mədəniyyət Nazirliyi) birinci olub. Polad Həsənov (Fövqəladə Hallar Nazirliyi) yarışı ikinci, Orxan İsmayılov (Dövlət Statistika Komitəsi) isə üçüncü pillədə başa vurublar.
- Milli Gimnastika Arenasında Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
- Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
- “Qarabağ”ın rəqibi: “Bizim yerimiz Çempionlar Liqasıdır”
- “Qarabağ”a qol vuran futbolçu “Mançester Siti” və “Çelsi”nin hədəfində
- Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək