Triatlonçumuz Olimpiya xalları üçün yarışacaq
15.05.2024 - 18:54
![Triatlonçumuz Olimpiya xalları üçün yarışacaq](https://apasport.az/storage/news/2024/may/15/big/6644ccbf7c3166644ccbf7c31717157848956644ccbf7c3146644ccbf7c315.jpeg)
Azərbaycanlı triatlonçu Rostislav Pevtsov Dünya kubokunda iştirak edəcək.
Apasport.az xəbər verir ki, yarış mayın 18-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
Dünya kuboku Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək. Səmərqənddə 54 idmançı mükafatlar uğrunda yarışacaq.
Qeyd edək ki, Pevtsov Rio-2016 və Tokio-2020 Olimpiadalarında ölkəmizin şərəfini qoruyub.
0
0