Yüksək Liqa: “Neftçi”dən darmadağın
01.05.2025 - 20:57
Yüksək Liqa: “Neftçi”dən darmadağın

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVI turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, "Araz-Naxçıvan" əsas rəqiblərindən olan "Baku Fire"ı məğlub edib.

Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi" İK - "Şuşa" matçında isə 9 qol vurulub. Ev sahibləri rəqibini 6:3 hesabı ilə məğlub etməyi bacarıb.

Turun son matçında U-19 "Yasamal Baku"nu 7:4 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu oyunlardan sonra "Araz-Naxçıvan" xallarının sayını 40-a yüksəltməklə lider mövqeyini bir qədər də möhkəmləndirib. "Neftçi" İK 37 xalla ikinci pillədə qərarlaşıb. Yüksək Liqada ilk "3-lüy"ü 35 xalla "Baku Fire" qapayır. "Şuşa" (18 xal) dördüncü, U-19 (12 xal) beşincidir. Xalı olmayan "Yasamal Baku" isə sonuncu - 6-cı yerdədir.