Ceyhun Mahmudov Paris-2024-ə vəsiqə qazandı
20.07.2024 - 19:00
![Ceyhun Mahmudov Paris-2024-ə vəsiqə qazandı](https://apasport.az/storage/news/2024/july/20/big/669bcb55b29e9669bcb55b29ea1721486165669bcb55b29e5669bcb55b29e7.jpg)
Azərbaycanı Paris-2024 Paralimpiya Oyunlarında təmsil edəcək daha bir idmançı müəyyənləşib.
Apasport.az xəbər verir ki, pauerliftinq üzrə millimizin üzvü Ceyhun Mahmudov (54 kq) Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.
MPK tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançımıza Beynəlxaq Paralimpiya Komitəsindən paralimpiadada iştirak hüququ (“Bipartite”) verilib.
0
0