"Formula-1"də 11-ci komanda
22.11.2024 - 22:26
!["Formula-1"də 11-ci komanda](https://apasport.az/storage/news/2024/november/22/big/6740cd602e4f36740cd602e4f417323001286740cd602e4f16740cd602e4f2.png)
"Formula-1" üzrə dünya çempionatında artıq 11 komanda iştirak edəcək.
Apasport.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) "Andretti"nin yarışda iştirakını təsdiqlədiyi bildirilib.
Yeni komanda 2026-cı ildən yarışa qoşulacaq. Yayılan məlumatlarda debütantın adının "General Motors"un mövqeyindən asılı olaraq dəyişə biləcəyi də vurğulanıb.
Qeyd edək ki, hazırda "Formula-1"də 10 komandadan 20 pilot mübarizə aparır.
0
0