Hemiltondan “Ferrari”nin təklifinə imtina
12.08.2023 - 00:18
“Formula”-1 üzrə 7 qat dünya çempionu Luis Hemilton “Ferrari”yə “yox” deyib.
Apasport.az saytı xəbər verir ki, böyük britaniyalı “Mersedes”də qalmaq niyyətindədir.
Hemiltonla “Mersedes” arasında mövsümün sonunda başa çatacaq müqavilə hələ də yenilənməyib. “Ferrari” bu vəziyyətdən istifadə edərək, ulduz sürücüyə təklif verib. Komandanın prezidenti Con Elkann şəxsən Luislə əlaqə saxlayıb. Amma britaniyalı pilot mehribacasına bu təklifdən imtina edib.
Qeyd edək ki, “Mersedes” rəhbərliyi və sürücü dəfələrlə razılıq əldə olunduğunu bildiblər.
- U-17 cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlara yekun vurulub
- UEFA Gənclər Liqası: "Sabah" darmadağın oldu - YENİLƏNİB
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
- “Qarabağ” 300-ü keçdi
- Fransa Futbol Federasiyası haker hücumuna məruz qalıb
0
0