Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir Şahzadə Nurah Universiteti Stadionunda baş tutub.
Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyıb.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparıb.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub. Komandamız Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.
Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də baş tutub.
- Güləşçilərimizdən dünya çempionatında 2 qızıl və 1 bürünc medal - FOTO
- UEFA-nın Bakıda keçirilən “Bağçalarda Futbol Dərsi” layihəsi davam edir
- Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qol rekordu təkrarlanıb
- Mövsümün ilk avtoqolu qeydə alınıb
- Şəhriyar Məmmədyarovun rəqibi bu gün müyyənləşəcək