Azərbaycan akrobatları dünya çempionu olublar
26.09.2026 - 21:51
İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Çempionatında Azərbaycan millisi iki medal qazanıb.
Apasport.az xəbər verir ki, qadın qrupumuzun üzvləri Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28,580 xal toplayaraq qızıl medal qazanıblar.
Bununla da gimnastlarımız dünya çempionu adına yiyələniblər.
Kişi cütlüyündə isə Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətləri proqramında 28,950 xalla bürünc medal əldə ediblər.
0
0