Azərbaycan Gimnastika Federasiyası yeni talismanlarını təqdim edib
06.04.2024 - 15:48

Azərbaycan Gimnastika Federasiyası (AGF) yeni talismanlarını təqdim edib.
Federasiyadan apasport.az-a verilən məlumata görə, maskotlar zərif ceyran və cəsur tülküdür.
AGF talismanlara ad seçmək məqsədilə federasiyanın sosial şəbəkələrinin izləyiciləri arasında müsabiqə elan edib.
Ceyran və tülkü üçün ən yaradıcı və uyğun adların müəllifləri dəyərli hədiyyələr qazanacaqlar.
Müsabiqədə iştirak üçün son tarix 15 apreldir.
- Rəşad Sadıqov: “Qırmızı vərəqə epizoduna baxmamışam” - MÜSAHİBƏ
- Qurban Qurbanov: "Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb"
- “Araz-Naxçıvan” braziliyalı hücumçu ilə müqavilə imzalayıb
- “Neftçi”nin futbolçusu milli komandada
- “Turan Tovuz”dan heç-heçə, "Neftçi" evdə xal itirdi – YENİLƏNİB
0
0