Bakı keçirilən "TeamGym" üzrə Avropa çempionatında ilk finalçılar bəlli olub.
Apasport.az xəbər verir ki, yarışın birinci günündə yeniyetmələr arasında təsnifat mərhələsi keçirilib.
Reqlamentə görə 5 ölkənin təmsilçiləri həlledici mərhələyə vəsiqə qazanıblar. Kişilərin mübarizəsində Danimarka, Norveç, İsveç, Böyük Britaniya və İslandiya bu hüququ əldə ediblər. Qadınlarda isə Danimarka, Norveç, Böyük Britaniya, İslandiya Finalndiya və İtaliya medallar uğrunda yarışacaq.
Qarışıq komanda yarışılarında isə İslandiya, Böyük Britaniya, Danimarka, Norveç və İsveç finala yüksəlib.
Qeyd edək ki, yeniyetmələrin mübarizəsində qaliblər oktyabrın 18-də bəlli olacaq.
- Liniker əfsanəvi ifadəsini dəyişdi - əgər almanlar qrupdan çıxmağı bacarırsa...
- Fariz Nəcəfov: “Köçürmələr olacaq, narahatçılıq yoxdur” - MÜSAHİBƏ
- Azərbaycan çempionatında komanda sayı açıqlandı - əcnəbi hakimlər olacaq
- Azərbaycan güləşində REKORDLAR
- Ronaldo: "Yeni meydan oxumaq üçün doğru zamandır"