Gimnastlarımız İspaniyada qızıl medal qazanıb
06.07.2024 - 16:48
![Gimnastlarımız İspaniyada qızıl medal qazanıb](https://apasport.az/storage/news/2024/july/06/big/66893966d903466893966d9035172026915866893966d903066893966d9032.jpg)
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından apasport.az-a verilən məlumata görə, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv çoxnövçülük proqramında fərqlənib.
Komanda ən yüksək nəticəyə nail olaraq fəxri kürsüyə qalxıb.
0
0