Gimnastlarımızdan uğurlu çıxış - 4 final
28.06.2025 - 15:51
Polşanın Rjeşov şəhərində akrobatika üzrə Dünya kuboku keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışa uğurla start veriblər.
Təsnifat mərhələsindən sonra bütün təmsilçilərimiz finala yüksəliblər.
Milana Əliyeva - Sabir Ağayev qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu və Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışda 13 ölkədən 110-dan çox akrobat iştirak edir.
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
- Azərbaycan idmançısı ilin ən yaxşısı seçilə bilər - SƏSVERMƏ
- Çempionlar Liqası: 10 oyun, 1-i Bakıda
- Yığmamız dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq
- Cenk Tosun rəsmən “Kasımpaşa”da
0
0