Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda təsnifatın ikinci günü başa çatıb.
Apasport.az xəbər verir ki, təsnifat mərhələsi qadınlar arasında sərbəst hərəkətlər yarışı ilə yekunlaşıb.
Yaponiyalı Rina Kişi birinci yerdən finala yüksəlib, onun komanda yoldaşı Ayu Tokutsugi isə ikinci olub.
Daha əvvəl dayaqla tullanmada finala yüksələn Azərbaycan gimnastı Dəniz Əliyeva 18-ci yeri tutub.
Beləliklə, komandamız dörd finalda təmsil olunacaq. Nikita Simonov halqalarda, İvan Tixonov turnikdə, Murad Ağarzayev və Dəniz Əliyeva isə dayaqla tullanmada həlledici mərhələyə vəsiqə qazanıblar.
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- FIFA reytinqi: Azərbaycan millisi mövqeyini qoruyub
- “Heydər Əliyev kuboku-2025”: 6 boksçumuz ilk görüşdə qələbə qazanıb
- "Fənərbaxça" Amrabat üçün İtaliya klubuna rəsmi təklif göndərib
- 5 boksçumuz Avropa çempionatında mübarizə aparacaq