İki gimnastımız Dünya Kubokunun finalında
05.03.2026 - 19:13
İki gimnastımız Dünya Kubokunun finalında

İdman gimnastikası üzrə Dünya Kubokunun ilk günü yekunlaşıb.

Apasport.az xəbər verir ki, ilk günün nəticələrinə əsasən Nikita Simonov və Dəniz Əliyeva final mərhələsinə vəsiqə qazanıblar.

Yarışda Azərbaycanı kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edir.

Qeyd edək ki, yarışın ilk iki günü təsnifat mərhələsi keçirilir, son iki gün isə final qarşılaşmaları olacaq. 30-dan çox ölkənin iştirak etdiyi Dünya Kuboku 4 gün ərzində Milli Gimnastika Arenasında davam edəcək.