Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında ikinci görüşündə də qələbə qazanıb.
Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçimiz gürcüstanlı Luka Bolkvadzeyə tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəldi.
Əli daha əvvəl təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu da 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
- AFFA rəsmiləri “Bağçalarda Futbol Dərsi” layihəsi çərçivəsində Türkan qəsəbəsində olublar
- Yüksək Qızlar Liqasının qalibləri mükafatlandırıldı
- Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin düşərgəsində
- Zverev 450 min avro cərimələnib
- Almaniya millisindən Naqelsmanna 3 illik müqavilə təklifi