Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazanıb
13.04.2025 - 20:38
Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında medal qazanıblar.
Apasport.az xəbər verir ki, rəqibini 7:1 hesabı ilə üstələyən Həsrət Cəfərov (67 kq) 3-cü dəfə Avropa çempionu adını qazanıb.
Ülvü Qənizadə (72 kq) isə təsəlliverici görüşdə erməni əsilli Alen Mirzoyana (UWW) qalib gəlib. O, bürünc uğrunda qarşılaşmada Aleksandr Lyavonçiki (UWW) 2:1 hesabı ilə məğlub edib və 3-cü yerin sahibi olub.
Qeyd edək ki, daha bir təmsilçimiz Qurban Qurbanov da qızıl medal uğrunda mübarizə aparacaq.
- Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
- I Liqa: XII turun təyinatları açıqlanıb
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- Andrey Lunyov: "Bayer"in məğlubiyyətsizlik seriyasının davam etdiyinə şadam"
- "Qarabağ"ın futbolçusu "Ferents Puşkas" mükafatına namizəd olub
0
0