Güləşçimiz DÇ-də 7-ci medalını qazanıb və yeni rekordçu olub
19.09.2025 - 21:58
Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Eldəniz Əzizli (55 kq) bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb.
Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub. Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.
- Qurban Qurbanov: “Lion”la oyunda çox yorulmuşduq”
- 29 il sonra ilk dəfə 3 Bundesliqa klubu avrokuboklarda yarımfinala yüksəlib
- Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"
- Acunun komandası baş məşqçi ilə yollarını ayırıb
- “Neftçi” və "Sabah"dan qələbə - YENİLƏNİB
0
0