İdmançımız dünya ikincisi olub
21.08.2025 - 21:55
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, yarışın beşinci günündə Ruzanna Məmmədova (62 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, finalda çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.
Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.
- "Bavariya"dan "Barselona"nın futbolçusuna təklif
- “Turan Tovuz”un futbolçusu üçün yubiley matçı
- Qvardiola “Qalatasaray”la matçı buraxacaq futbolçuları açıqlayıb
- Azərbaycan Taekvondo Federasiyası məşqçilər üçün seminar təşkil edib
- Andrey Demçenko: “Nəticəyə görə futbolçular cərimələnəcək, rəhbərliyin göstərişidir”
0
0