Mariya Stadnik karyerasını bitirdi? - Eksklüziv
07.08.2024 - 13:59
![Mariya Stadnik karyerasını bitirdi? - Eksklüziv](https://apasport.az/storage/news/2024/august/07/big/66b3448d06fe766b3448d06fe8172302452566b3448d06fe566b3448d06fe6.jpg)
Mətbuatda qadın güləşçilərdən ibarət Azərbaycan millisinin üzvü Mariya Stadnikin idmançı karyerasını başa çatdırdığı ilə bağlı iddialar yayılıb.
Azərbaycan Güləş Federasiyası apasport.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Həm məşqçilərlə, həm də idmançının özü ilə əlaqə yaratmışıq. Mariya Stadnik belə bir qərar verməyib. Sadəcə sosial mediada etdiyi paylaşım mətbuatda çaşqınlıq yaradıb".
Qeyd edək ki, Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olan titullu idmançımız Paris-2024-ü medalsız başa vurub.
Nərmin VÜQARQIZI
0
0