Sərbəst güləş üzrə millimizin Avropa çempionluğundan bir neçə gün sonra yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu olub.
Apasport.az xəbər verir ki, Slovakiyada keçirilən qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 151 xalla komanda hesabında Avropanın ən güclüsü adını qazanıb.
Bununla da yunan-Roma güləşi üzrə milli komandamız 2-ci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.
- “Gəncə”nin baş məşqçisi: “Çətin bir oyunda qalib gəldik”
- "Real" Ferran Torresi istəyir – "Barselona" qiyməti açıqladı
- Adil Şükürov: “Məşqdə gördüyümüz futbolçularla oyunda gördüklərimiz tam fərqlidir”
- Ramiz Məmmədov: “100 futbolçu üzə çıxara bilmiriksə, futbolu ləğv etməliyik” – OFSAYD
- Keçmiş klub prezidenti xəstəxanaya yerləşdirildi