Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəni 1/4 finalda başa vurub.
Apasport.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə ABŞ təmsilçisi Marli Solomona 1:8 hesabı ilə məğlub olub.
Bayramova mundiala uğurlu start vermişdi. O, təsnifat mərhələsində israilli Sela Rozovu, 1/8 finalda isə moldovalı Ruslana Karapetiantı hər iki görüşdə 11:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, ABŞ təmsilçisi finala yüksələrsə, Fatimə Bayramova təsəlliverici görüşlərdə bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanacaq.